Infoteka.az
Sosial

Vüqar Bayramov yeni müavinətlərin kimlərə veriləcəyi ilə bağlı məsələlərə aydınlıq gətirib

Milli Məclisin Əmək və sosial siyasət komitəsində “Sosial müavinətlər haqqında” qanuna təklif olunan dəyişikliklər müzakirə edilib. 

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov yeni müavinətlərin kimlərə veriləcəyi ilə bağlı suallara aydınlıq gətirib.

V.Bayramov qeyd edib ki, dəyişikliyə əsasən, himayədar ailəyə verilmiş uşağın, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək şəxslərin böyüdülməsinə görə aylıq müavinətlər ödəniləcək:

Müavinətin məbləği dəyişikliklərin qəbulundan sonra müəyyən ediləcək . Müavinət himayədar valideynlərlə dövlət müəssisəsi arasında müqavilə bağlandıqdan sonra ödəniləcəkdir.

Vüqar Bayramovun sözlərinə əsasən, dəyişikliklər edilməsinin məqsədi uşaq böyüdən ailələrin sosial vəziyyətini daha da yaxşılaşdırmaq və kimsəsiz uşaqların ailələrdə tərbiyəsini stimullaşdırmaqdır.

Müavinət müqavilə bağlandıqdan sonra ildə dörd dəfə (mart, iyun, sentyabr və dekabr aylarında) ödənilir. Həmçinin, belə uşaqlara mövsümi geyimlərin alınması üçün birdəfəlik müavinət də ödəniləcək.

 

Muminat Şirinova

Infoteka.az