Azərbaycan, Türkiyə və Türkmənistan arasında Birgə Məşvərət Komissiya yaradılacaq.
Qeyd edək ki, Məşvərət Komissiyası Gömrük Əməkdaşlığı üzrə komissiyasıdır.
Prezident İlham Əliyev bununla bağlı müvafiq sərəncam imzalayıb.
Sərəncama əsasən,: “Azərbaycan Respublikası Hökuməti, Türkiyə Respublikası Hökuməti və Türkmənistan Hökuməti arasında dekabrın 14-də imzalanmış Gömrük Əməkdaşlığı üzrə Birgə Məşvərət Komissiyasının yaradılması ilə bağlı " Anlaşma Memorandumu” təsdiq edilib.
Muminat Şirinova