Aqillər deyib ki, xalqın, millətin nəyini əlindən alırsansa al, o, yaşayacaqdır. Dilini əlindən alsan, o, milli varlığını itirər, yox olar. Bu, tarixin ortaya qoyduğu bir həqiqətdir. Dil – millətin mənəviyyat bayrağı, milli mənlik və qürurudur. Dil yoxdursa, xalq da yoxdur!
Tarixi minilliklərin sınağından, hakim rejimlərin işğalından, yadelli təcavüzlərin təzyiqindən, yabançı dəblərin axınından, müxtəlif dillərin təsirindən qalib çıxan, bu günümüzə qədər saflığını, təmizliyini, zənginliyini qoruyaraq gələn dilimiz – Azərbaycan dili haqqında düşünərkən, bu dil haqqında əlimə qələm alıb yazmaq istəyərkən gözlərimin önündə Dədə Qorqud, Nəsimi,Füzuli, Şah İsmayıl Xətai, Molla Pənah Vaqif, Həsən bəy Zərdabi, Mirzə Fətəli Axundzadə, Üzeyir bəy Hacıbəyli, Cəlil
Məmmədquluzadə, Mirzə Ələkbər Sabir, Cəfər Cabbarlı, Mikayıl Müşfiq, Hüseyn Cavid, Aşıq Ələsgər, Şəhriyar canlanır. Bunlar Azərbaycan söz sənətinin, Azərbaycan təfəkkür dünyasının, Azərbaycan dil xəzinəsinin, Azərbaycan ictimai-siyasi fikrinin təməl daşları, bünövrəsi, ən dəyərli inciləridirlər. Əlbəttə ki, bu siyahını davam da etdirmək olar. Azərbaycan ədəbiyyatını, Azərbaycan ədəbi dilini yaradanların və onu milli varlıq kimi sonrakı nəsillərə - bizlərə olduğu kimi çatdıranların hər birinə heç şübhəsiz, borcumuz və ehtiramımız sonsuzdur. Çünki məhz onların sayəsində Anamızın-Azərbaycan adlı cənnət vətənimizin doğma dili olan Azərbaycan dili əsrlərin keşməkeşlərindən alnı açıq, üzü ağ çıxaraq mükəmməl, şirin, axıcı, işlək və zəngin bir dilə çevrilmişdir.
Lakin o, ən istedadlı yazıçının, şairin belə yarada bilməyəcəyi, qüdrətli bir əsər yaradıb. Bu misilsiz əsərin adı – Azərbaycan, yazarı, banisi və yolgöstərəni isə xalqının çox haqlı olaraq ulu öndər adını verdiyi Heydər Əlirza oğlu Əliyevdir.
Bir az əvvəl yuxarıda qeyd etdim ki, dilimiz haqqında yazmaq istəyərkən gözlərim önündə simalar canlanır. Bu mövzunu düşünərkən yaddaşımın səhifələrində yer alan fikirlər, toxunmaq istədiyim məsələlər, qısacası dilimizin dünəni, bu günü və sabahı haqqındakı kiçik qeydlərim məni bu yazıya məhz Heydər Əliyev kontekstində yanaşmağa çağırır. Mən də ürəyimin səsinə qulaq asaraq yola çıxıram...
Ölkəsinin başı üzərində qara buludların dolaşdığı, xalqının ölüm-qalım sualıyla qarşılaşdığı, torpaqlarının düşmən tapdağı altında qaldığı bir zamanda bir Simurq quşu kimi qanadlarını açaraq Vətəninin səmasında görünən Heydər Əliyev, ona doğru uzanan milyonlarla Azərbaycanlının ümidsiz əllərini öz qüdrətli əlləriylə tutdu, onu çağıran, onu səsləyən milyonlarla azərbaycanlının həyəcanlı səsinə öz güclü səsiylə səs verdi. Qarşısındakı bütün sədləri, maneələri öz dərin zəkasıyla, iti ağlıyla, ancaq nadir şəxsiyyətlərə xas olan parlaq istedadıyla, ən əsası isə xalqına və Vətəninə bəslədiyi tükənməz sevgisiylə, doğulub böyüdüyü torpağa sədaqəti və bağlılığıyla aşaraq, müstəqil Azərbaycanı yaratdı.
Böyük öndər yenə həmin dövrdə ölkədə keçirilən bütün tədbirlərdə doğma dilində danışmaqdan çəkinmirdi. Uzun illər boyu sıxışdırılan dilimizin sabahına işıq salır, cəsarəti, şəxsi nümunəsi ilə milyonlarla insanın ürəyindən keçənlərin ifadəçisinə çevrilir, haqq sözünü deyir, dilimizin ən ali mərtəbəyə layiq olduğunu bəyan edirdi.
Bunu da qeyd edim ki, Milli Elmlər Akademiyasının yuxarıda bəhs etdiyimiz tarixi toplantısı ərəfəsində bəzi “ziyalılar” böyük bir “kəşf” edərək, dilimizdə olan “ə” hərfinin əlifbadan tamamilə çıxarılmasını, sadəcə “e” hərfindən istifadə edilməsini təklif edirdilər. Onlar bu “möhtəşəm” tapıntılarını Anadolu türkcəsində “ə” hərfinin olmamasıyla əsaslandırırdılar. Bir az əvvəl gətirdiyimiz örnəkdən sonra məncə əlavə şərhə ehtiyac qalmır.
Və yaxud küçələrdəki tanıdıcı reklam lövhələri. Küçədəki bəzi reklam lövhələrini ən savadlı insan belə oxumağa çətinlik çəkir. Çünki bir kəlmənin içərisindəki hərflərin biri latın, digəri rus əlifbası ilə yazılır. Bəzən reklam tamamilə ya rus, ya da ingilis dilində olur. Hələ şükür olsun ki, çincə yazmırlar.
Yeri gəlmişkən, daha bir məqama toxunmaq istəyirəm. Doğma Azərbaycan dilində danışmağı özünə rəva bilməyənlər, xarici bir dildə, çox vaxt rusca danışmağı üstünlük, mədəniyyət hesab edənlər! Lütfən oyanın. Siz müstəqil bir ölkədə yaşayırsınız və bu ölkənin adı Azərbaycandır! Sovet rejiminin, rus kultunun tüğyan etdiyi bir dövrdə doğulub, süurlu həyatlarının böyük bir hissəsini həmin illərdə yaşayanları, rusca oxuyub, rusca düşünənləri bəlkə də başa düşərəm. Ancaq azad, suveren, müstəqil bir ölkədə, azərbaycanlı atadan və azərbaycanlı anadan dünyaya gələn bir uşağın, bir yeniyetmənin, bir gəncin öz dilində danışmaması və ya danışa bilməməsi nə başa düşüləndir, nə də bağışlanandır.
Yolda məhrumiyyətləri, qazandıqlarından çox olub. Amma getdikləri doğru yoldan dönməyiblər.
Bu üç böyük mütəfəkkir artıq, sadəcə, Naxçıvanda deyil, bütün Azərbaycanda sevildikləri, kitablarının, əsərlərinin ev-ev, əl-əl dolaşdığı bir zamanda yenə həmin torpaqda, qədim Naxçıvanda sadə bir ailədə bir oğlan uşağı dünyaya gəldi. Bu uşaq ailənin sayca dördüncü övladı idi. Ailədə artıq iki oğlan və bir qız övlad var idi. Və bəlkə, bu səbəbdən, bəlkə, təbii bir hadisə olduğu üçün bu uşağın dünyaya gəlməsi əslində sıravi bir hadisə kimi qarşılandı. Körpənin adını Heydər qoydular...
Balaca Heydər böyüyürdü və böyüdükcə ağlıyla, fərasətiylə bütün yaşıdlarından seçilirdi. Gecəgündüz oxuyurdu, öyrənirdi. Cavidi oxuyurdu, Mirzə Cəlili oxuyurdu, Ordubadini oxuyurdu, yüzlərlə klassiki, dünya ədəbiyyatını oxuyurdu. Oxuduqları onun uşaq beynini, uşaq qəlbini fəth edir, onu dərindən düşündürür, ona bir yol diktə edirdi. Bu yol uzun, keşməkeşli bir yol idi. Bu yol mübarizə yolu, şərəf yolu idi. Bu yolun başlanğıcında da, sonunda da doğma Azərbaycanı və doğma xalqı var idi. O zamanlar təbii ki, heç kim – nə körpənin valideynləri, nə yaxınları, nə qohumları, nə qonşuları – həmin balaca oğlanın nə düşündüyünü bilmirdi...
Onlar bunu da bilmirdi ki, bu balaca oğlan çox keçməyəcək, sadəcə, ona həyat bəxş edən valideynlərinin, tanıyanların deyil, elinin, obasının fəxrinə çevriləcək. Onlar bunu da bilmirdi ki, bir az da keçəcək, bu balaca oğlan elə bir düha, elə bir öndər olacaqdır ki, onun salamına bütün dünya gələcək.
Elmar Abbasov
Suraxanı RİHB-nin Yeni Suraxanı QİƏD üzrə nümayəndəsi