Infoteka.az
Sosial

Anlaşma Memorandumunun mühüm əhəmiyyəti

25 aprel 2023-cü ildə cənab Prezident İlham Əliyev Bolqarıstana səfər etmişdir. Paytaxt Sofiyada onu təmtəraqla qarşıladılar. Bu da səfərin necə böyük əhəmiyyət kəsb etdiyini göstərir. Bolqarıstan ölkəmizin strateji müttəfiqlərindən biridir. Şərqi Avropada yerləşən bu dövlət Aİ üzvü kimi də bizim xarici siyasətimizdə mühüm yer tutur. Ölkəmizin zəngin enerji resurslarının ixracı baxımından da Bolqarıstan strateji əhəmiyyətə malikdir.

 Son illər iki ölkə liderlərinin qarşılıqlı səfərləri əlaqələrin daha da dərinləşməsinə səbəb olmuşdur. Hələ 2022-ci il 30 sentyabr-1 oktyabr tarixlərində cənab Prezident İlham Əliyevin Bolqarıstana səfəri mühüm sənədlərin imzalanması ilə yadda qalmışdı. Sonuncu səfər də elə bu qəbildəndir. Bolqarıstan Respublikasının prezidenti Rumen Radev bu səfərə böyük önəm vermişdir. Səfərin  əsas məqsədi 4 ölkənin şirkətləri arasında qaz ixracı ilə bağlı Anlaşma Memerandumunun izalanması idi. Aprelin 25-də Sofiyada “ Bulqartrasnqaz” ( Bolqarıstan), Transqaz”(Rumıniya), ”FGSR”(Macarıstan), ”Eustream”(Slovakiya),” Socar”(Azərbaycan) şirkətləri arasında qaz nəqli ilə bağlı Anlaşma Memarandumu imzalandı. Müqaviləyə görə, həmin ölkələrə Azərbaycan qazının nəqli artırılacaq. Bu müqavilə Aİ-nin dəstəyilə imzalanmışdır. Səfər çərçivəsində Yunanıstanla Bolqarıstan arasında qaz onterkonnektorunun da açılışı olmuşdur. Müqavilənin imzalanmasından sonra Sofiyada Socar-ın rəsmi ofisinin də açılışı olmuşdur. Rusiya-Ukrayna müharibəsi və onun fəsadları ölkələri, onların təhlükəsizliyini təhdid edir. Aİ və onun üzvlərinin əsas məqsədi də öz enerji təhlükəsizliklərini gücləndirmək, yeni mənbələr əldə etmək, enerji mənbələrini şaxələndirmək istəyirlər. Onun üçün də Azərbaycan həmin ölkələr üçün etibarlı və əlverişli tərəfdaşdır. Artıq 1 ildir ki, Bolqarıstan Azərbaycan qazı əldə edir. Keçən il Avropa ölkələrinə 8 mlrd.kub metr Azərbaycan qazı ixrac olunmuşdur. Bu il üçün isə 12 mlrd.kub metr qaz ixracı nəzərdə tutulur. Bunun üçün ölkəmizin ixrac potensialı var. İxrac üçün BTC,TANAP və TAP kimi boru kəmərləri də var. Ən əsas isə İlham Əliyevin güclü siyasi iradəsi var.

Son illər ölkəmizin Mərkəzi və Şərqi Avropa ölkələri ilə əlaqələri sürətlə inkişaf etməkdədir. Böyük bir regionun Azərbaycana, onun zəngin enerji qaynaqlarına maraq ölkəmizə də böyük dvidentlər qazandırmışdır və qazandırmaqda davam edir. Enerji diplomatiyamız ölkəmizin təhlükəsizliyinə böyük töhfələr verməklə yanaşı, beynəlxalq arenada müttəfiqlərimizin də sayını artırır. Xüsusilə də Vətən müharibəsindən sonra bəzi ermənipərəst dövlətlər və dairələrə qarşı enerji diplomatiyasının böyük önəmi var. Bu gün cənab Prezident beynəlxalq münasibətlərdə ən mahir oyunçulardan biridir. Onun birtək amalı var:  Ölkəmiz təhlükəsiz olsun, xalqımız firəvan yaşasın. Bu yolda Ona ancaq və ancaq uğurlar arzu edirik!

Gülnarə Hənifəyeva

Suraxanı rayonu, 316 nömrəli tam orta məktəbin direktoru

Infoteka.az