Çexiya və Slovakiya prezidentləri Ukraynanın paytaxtı Kiyevə səfər ediblər.
Çexiya Prezidenti Pyotr Pavel və Slovakiya dövlət başçısı Zuzana Çaputova Ukrayna lideri Zelenski ilə danışıqlar aparacaq.
Bundan başqa, onlar Baş nazir Şmıqalla görüşəcək və Rusiya ordusunun Kiyevə nəzarəti ələ keçirmək cəhdi zamanı paytaxtın ciddi dağıntılara məruz qalmış yerlərinə baş çəkəcəklər.
Prezidentlərin Krım tatarlarının nümayəndələri Mustafa Cəmilov və Refat Çubarovla da görüş nəzərdə tutulub.