Infoteka.az
Hərbi

Rusiya Ukraynada yaşayış binalarına zərbələr endirib, ölənlər var

Rusiya Ukraynanın Uman şəhərində yaşayış binalarına zərbələr endirib, ölənlər var.
Bu barədə Ukrayna Prezident Ofisinin müşaviri Mixail Podolyak "Twitter" hesabında bildirib.
Onun sözlərinə görə, bu gün səhər saatlarında Rusiya qüvvələrinin Umanda yaşayış binalarına raket zərbələri endirməsi nəticəsində 7 mülki şəxs ölüb, 11 nəfər yaralanıb.
Prezident Zelenski isə paylaşımında qeyd edib ki, Rusiya hücumda raket və pilotsuz uçuş aparatlarından istifadə edib.

Hücum zamanı 10 yaşayış binası zədələnib.

Infoteka.az