Infoteka.az
İdman

Regekampf köhnə komandasına qayıdır?

“Neftçi”nin baş məşqçisi Laurentsiu Regekampf Rumıniyanın “Styaua” komandasının sükanı arxasına əsas namizədlərdən biridir.

Məlumata görə, klubun prezidenti Cici Bekali 47 yaşlı mütəxəssisin xidmətində maraqlıdır.

Funksionerin siyahısında ümumilikdə dörd baş məşqçinin adı var. Lakin Regekampfın “Styaua”ya rəhbərlik etmə şansı çox aşağı qiymətləndirilir. Yerli mətbuat hesab edir ki, “Neftçi” ilə iki illik müqaviləsi olan rumıniyalı mütəxəssis Azərbaycanda yaxşı məvacib alır.

Qeyd edək ki, 2012-2014 və 2015-2017-ci illərdə “Styaua”nın sükanı arxasında olmuş Laurentsiu Regekampf bir müddət öncə mətbuata açıqlamasında bu komanda ilə danışıq aparmadığını bildirmişdi.

Mənbə: Prosport.ro

Infoteka.az