Infoteka.az
İdman

Azərbaycan Qran-prisində daha bir pilot mübarizəni dayandırıb

Bakıda keçirilən “Formula-1” üzrə Azərbaycan Qran-prisində sərbəst yürüş davam edir.

Azərbaycan Qran-prisində daha bir pilot mübarizəni dayandırıb. 

“Haas” komandasının sürücüsü Kevin Maqnussen sonadək yarışa bilməyib. Buna onun bolidinin yanacaq sistemində təzyiqin artması səbəb olub.

Xatırladaq ki, daha əvvəl Pyer Qaslinin bolidində yanğın başladığından o, yürüşü davam etdirə bilməyib.

Infoteka.az