Infoteka.az
Siyasət

Hikmət Hacıyev Baltikyanı və Skandinaviya ölkələrinin Azərbaycandakı səfirləri ilə görüşüb

Finlandiyanın Cənubi Qafqazdakı səfirinin “Twitter” səhifəsində paylaşımina görə,Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Baltikyanı və Skandinaviya ölkələrinin Azərbaycandakı səfirləri ilə görüşüb.

Baş tutan görüşdə Azərbaycanın Avropa İttifaqı və NATO ilə münasibətləri də müzakirə olunub.

Həmçinin görüş əsnasında regionda təhlükəsizlik və Orta Dəhliz məsələləri ətrafında fikir mübadiləsi də aparılıb.

 

Muminat Şirinova

Infoteka.az