Rusiya prezidenti Vladimir Putinin Moldova hakimiyyətinə səfərinə icazə verilməyəcək.
Həmçinin, aprel ayında Tatarıstanın rəhbəri Rüstəm Minnixanov Moldovaya buraxılmayıb.
Bu haqda məlumatı Moldovanın baş naziri Dorin Recean Moldovaya girişi qadağan olunmuş Rusiya məmurlarının siyahısını şərh edərkən TV8 telekanalının efirində deyib.
Jurnalistin Putinin respublikaya səfərinin mümkünlüyü ilə bağlı aydınlaşdıran sualına “yox” cavabını verib.
Dəfələrlə rusiyalı sənətçilərin, politoloqların, alimlərin, ictimai xadimlərin və jurnalistlərin respublikaya girişinə Moldova hakimiyyəti icazə verməmişdir.
Muminat Şirinova