Rusiyalı politoloq, Siyasi Araşdırmalar Mərkəzinin direktoru Sergey Markov: "Azərbaycanın Laçın yolunda nəzarət-buraxılış məntəqəsi yaratması situasiyanın köklü dəyişməsidir. Keçid məntəqəsi Azərbaycanın bütün Qarabağ ərazisi üzərində suverenliyini tam bərpa etmək iradəsinin birbaşa və bariz təzahürüdür" deyib.
Sergey Markov XİN başçılarının qarşıdan gələn üçtərəfli Rusiya, Azərbaycan və Ermənistan görüşündə, onun fikrincə, hansı mövzuların müzakirə olunacağına da münasibət bildirib:
“Üçtərəfli sazişin icrası, sərhədlərin demarkasiyası və delimitasiyası, fəaliyyət göstərməsi məsələləri. nəqliyyat dəhlizləri mütləq müzakirə olunacaq . əsas məsələ isə Qarabağın erməni millətindən olan sakinlərinin Azərbaycan dövlətçiliyinə necə inteqrasiya olunacağıdır. Ermənistan rəhbərliyi görür ki, bu, mütləq olacaq və başa düşürlər ki, Rusiya Azərbaycanla münaqişə etməyəcək” deyərək politoloq fikrini ifadə edib.
Muminat Şirinova