Əmlakının özəlləşdirilməsi proseduru dəyişilib .Prezident İlham Əliyev “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” qanunun icrası ilə bağlı əlavə tədbirlər barədə”
Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 23 dekabr tarixli 432 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə fərman imzalayıb. .
Fərmana əsasən, lazımi sənədləri və yaxud məlumatları Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət qurumundan əldə etmək mümkün olduqda, həmin sənədlər və ya məlumatlar vətəndaşlardan tələb edilməyəcək. Belə sənədləri və ya məlumatları Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə etmək mümkün olmadığı hallarda onların təqdim edilməsi vətəndaşın razılığı ilə sorğu əsasında müvafiq dövlət qurumundan tələb olunacaq və ya vətəndaş tərəfindən təmin ediləcək.
Muminat Şirinova