“Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında Preferensial Ticarət Sazişi”nə dəyişiklik haqqında Protokol”u imzaladıq.
Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov “Twitter” səhifəsində məlumat verib.
Mikayıl Cabbarovun tvitter hesabında ki paylaşımında qeyd edilir ki, "Sənədin icrası qardaş ölkə ilə ticarət dövriyyəsinin artırılması istiqamətində hədəflərin gerçəkləşməsinə növbəti töhfə olacaq".
Azərbaycanın iqtisadiyyat naziri öz tvitter hesabında etdiyi paylaşımında , Türkiyənin Ticarət naziri Mehmet Muşla Samsunda görüşdüyünü yazaraq deyib: “Azərbaycan-Türkiyə müttəfiqliyi ölkələrimizin iqtisasi potensialından səmərəli istifadə üçün əlverişli şərait yaradır. Türkiyənin ticarət naziri Mehmet Muşla Samsun şəhərində keçirdiyimiz görüşdə qarşılıqlı ticarət və investisiya qoyuluşu üzrə cari vəziyyəti nəzərdən keçirdik, həmçinin reallaşdırıla biləcək əməkdaşlıq imkanlarına dair müzakirələr apardıq”.
Muminat Şirinova