Infoteka.az
Texnologiya

Onlayn alış-veriş edərkən kartınızın məlumatları oğurlana bilər - Diqqətli olun!

Son zamanlar sosial şəbəkələrdə, virtual məkanlarda fırıldaqçılarla qarşılaşırıq. Online alış-veriş edərkən nələrə diqqət etməliyik ki, kartlarımızı fırıldaqçılardan qoruya bilək?

1) Daxil olduğunuz alış-veriş saytının "https" ("http" deyil) əlaqəli və "ssl" təhlükəsizlik sertifikatı olduğuna diqqət edin.

2) Bank kartı məlumatlarınızı sosial şəbəkələr e-poçt və SMS vasitəsilə göndərməyin.

3) İctimai iaşə obyektlərində, parklarda və digər kütləvi toplaşma yerlərində pulsuz təklif edilən "Wi-Fi" şəbəkəsindən istifadə etdiyiniz halda ödəmə əməliyyatlarını həyata keçirməyin.

4) Ödəniş etmək üçün SMS vasitəsilə qəbul etdiyiniz keçidə daxil olmayın və heç vaxt SMS vasitəsilə bank kartı məlumatlarınızı təqdim etməyin.

5) Kart sifariş edərkən "3D Secure" kodundan mütləq istifadə edin.

 

"3D Secure" kod və onun üstünlükləri nələrdir?

1) Real vaxt rejimində kart sahibinin şəxsiyyətinin yoxlanılması - ödənişlər zamanı yalnız banka və müştəriyə məlum olan təhlükəsizlik kodu ilə əməliyyatın təsdiqi.

2) Dələduzlar tərəfindən kartın internetdə istifadəsinin mümkünsüz olması.

3) Dələduzluq əməliyyatlarından qaynaqlanan maliyyə itkilərinin qarşısının alınması.

4) Texnologiyanı dəstəkləməyən saytlarda baş verə biləcək dələduzluq əməliyyatlarına etiraz hüququ (itki məsuliyyətinin sayt sahibinə ötürülməsi).

5) "3D Secure" ilə bağlı kartı aldığınız banka müraciət etməyiniz vacibdir, bəzi banklar isə bu xidməti avtomatik şəkildə göstərirlər.

Infoteka.az