Bolqarıstanın Kranevo şəhərində Dünya və Avropa Şotokan Federasiyasının (WSF/ESF) təşkilatçılığı ilə keçirilən 13-cü Avropa çempionatının qalibi Azərbaycan karateçisi Ülvi Məmmədov oldu.
84 kiloqram çəki ilə mübarizə aparan Ülvi Məmmədov keçirilən dörd döyüşün döşündə qələbə ilə başa vuraraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Ülvi Məmmədov həmçinin Azərbaycan komandasının kapitanı, ikinci dan qara kəmər sahibi, dünya çempionu tituluna sahibidir.
Muminat Şirinova