Infoteka.az
Siyasət

Netanyahu: İranın qarşısını almağın tək yolu budur

İranın nüvə dövlətinə çevrilməsinin qarşısını almağın yeganə yolu real hərbi təhlükədir deyərək qeyd edən, İsrailin baş naziri Benyamin Netanyahu bu barədə CNN telekanalıma müsahibədə bildirib.

Benyamin Netanyahu İsrail, ABŞ və qonşu ərəb ölkələrini nəzərdə tutaraq, “Bu, hamımızın borcudur”,- deyə bəyan edib.

Netanyahu onuda əlavə edib ki, “Bizim qiymətləndirməmizə görə, göstərdiyimiz bəzi operativ, iqtisadi və siyasi səylər İranın ilkin planlarına müdaxilə edib. Onlar təxminən 10 il əvvəl indi olduqları yerdə olacaqlarına inanırdılar. Biz onları yavaşlatmağı bacardıq, lakin tamamilə dayandıra bilmədik”

 

Muminat Şirinova

Infoteka.az