Azərbaycan Türkiyədə zəlzələ bölgəsində mühüm layihələr həyata keçirməyi planlaşdırır.
TRT telekanalına müsahibəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan vurğulayıb ki,
Azərbaycan Türkiyədə zəlzələ bölgəsində mühüm layihələr həyata keçirməyi planlaşdırır.
O xatırladıb ki, Azərbaycan Prezidenti İlham Əliyevlə birlikdə Kahramanmaraş vilayətində Azərbaycan dövlətinin inşa edəcəyi min evdən ibarət yaşayış kompleksinin, məktəb, məscid və digər infrastruktur obyektlərinin təməlqoyma mərasimi keçirilib. Həmçinin bu şəhərciyə "Azərbaycan" adi veriləcəyi bildirilib. Ərdoğan həmçinin fevralın 6-da baş verən dağıdıcı zəlzələdən sonra Türkiyəyə yardım əlini uzadan bütün ölkələrə təşəkkürünü bildirib.
Muminat Şirinova