Türkiyənin energetika naziri Fatih Dönməz bazar günü bildirib ki, yaxın gələcəkdə ölkədə yeni neft ehtiyatlarının aşkarlanması ilə bağlı mühüm xəbərlər gözlənilməlidir.
Milliyyət qəzetində nəşr olunan məlumata görə, Fatih Dönməz: “Yaxın vaxtlarda biz neftlə bağlı böyük xəbərləri açıqlaya biləcəyik. Bizi izləyin”, - deyərək vurğulayıb. Lakin o, neftin harada tapıldığını və ehtiyatlarının nə olduğu barede dəqiq informasiya verməyib.
2022-ci ilin dekabrında Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Mardin vilayətində 150 milyon barel ehtiyata malik neft yatağının aşkar edildiyini açıqlamışdı. Onun sözlərinə görə, bu yataqda neft ehtiyatlarının dəyəri təxminən 12 milyard dollardır.
Muminat Şirinova