Krım körpüsündə dizel yanacağı ilə hərəkət edən qatarda baş verən yanğın söndürülüb.
İnfoteka.az xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyindən bildirilib.
"Krım körpüsündə dizel yanacağı olan dəmir yolu qatarındakı yanğın söndürülüb, hazırda açıq yanma yoxdur. Söndürmə işlərinə 250 nəfər, 70 texnika cəlb olunub", deyə FHN-dən bildirilib.
Yandex.Maps xidmətinin məlumatına görə, Krım körpüsü oktyabrın 31-dək bağlanıb: "Körpü ilə keçid oktyabrın 31-dək bağlı qalacaq".