Fransada mayın 1-i Beynəlxalq Əmək Günü kütləvi etiraz aksiyası ilə yadda qalıb.
Aksiyada pensiya islahatına qarşı etirazçılar toplaşıb.
Paytaxt Parisdə polislə nümayişçilər arasında qarşıdurma yaranıb. Bu zaman polis gözyaşardıcı qazdan və su şırnaqlarından istifadə edib.
Fransanın daxili işlər naziri Jerald Darmanenin sözlərinə görə, aksiya zamanı 540 nəfər saxlanılıb, hüquq-mühafizə orqanlarının 406 əməkdaşı isə yaralanıb.
Ümumilikdə ölkə üzrə aksiyalarda 700 mindən çox insan iştirak edib.