Infoteka.az
Siyasət

Hikmət Hacıyev NATO Baş katibinin köməkçisi ilə görüşəcək

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev NATO Baş katibinin köməkçisi ilə görüş keçirəcək.

Bu barədə Azərbaycanın NATO-dakı missiyası məlumat yayıb.

Bildirilib ki, Hikmət Hacıyev qarşıdakı saatlarda NATO Baş katibinin köməkçisi general David Kattler və müttəfiq ölkələrlə Müavinlər Komitəsi (DPRC) formatında ikitərəfli görüş keçirəcək.

Infoteka.az