Brüsseldə, Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev və NATO Baş katibinin köməkçisi general David Kattlerlə görüş baş tutub.
Bu haqda məlumatı NATO-nun rəsmi “Twitter” hesabında paylaşılıb.
Hər iki tərəf Azərbaycan-NATO tərəfdaşlığı, terrorçuluqla mübarizədə əməkdaşlıq, regional təhlükəsizlik və digər hər iki tərəfi maraqlandıran məsələlərə toxunublar.
Muminat Şirinova
Muminat Şirinova