1 may 2023 cü il tarixində Bakı şəhəri Nəsimi rayonunda yerləşən 'NurCan" uşaq bağçasında "Yol Hərəkəti İştirakçılarının Maarifləndirilməsi və Təhlükəsizliyi İctimai Birliyi tərəfindən yol hərəkəti təhlükəsizliyi mövzusunda "YOL HƏYATDIR" layihəsinin davamı olaraq növbəti tədbir keçirilmişdir. Bildiyiniz kimi Ümummilli Lider, müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin 100 illik yubileyi ilə bağlı olaraq 2023 cü il "Heydər Əliyev ili" elan edilmişdir.
Ulu Öndərimizin əziz xatirəsinin yad olunması məqsədi ilə bu il keçirilən tədbirlər "YOL HƏYATDIR" adı altında keçirilir.
Tədbirin açılışı Dövlət Himni ilə başladı.
Sonra bağcanın direktoru Fidan Kərimova çıxış etdi .O bildirdi ki, uşaqların yol təhlükəsizliyi mövzusunda eşitdikləri hər bir faydalı məlumat onların gələcəkdə yol nəqliyyat hadisələrindən qorunmasında mühüm rol oynaya bilər .
Sonra söz bağcanın musiqi rəhbəri Sevil İsayevaya verildi.O da öz növbəsində bu mövzunun daim aktual olduğundan danısdı.
Son çıxış İctimai Birliyin sədri Rüfət Axundovdan gəldi.Sədr təşkilat haqqında qısaca məlumat verdikdən sonra uşaqlarla bu mövzuya dair maarifləndirici söhbətlər apardı və onların yol qaydalarını bilməsinin nə qədər vacib olmasını şifahı və əyani şəkildə izah etdi .Ardınca bağça tərəfindən hazırlanmış "İŞIQFOR" adlı musiqili tamaşa göstərildi.
Tədbirin sonunda təşkilat tərəfindən bağça rəhbərinə və müəllimlərinə kiçik yaşlı bu uşaqların ictimai maarifləndirilməsi və fərdi mənəvi keyfiyyətlərinin inkişafı sahəsində apardıqları səmərəli fəaliyyətlərinə görə təşəkkürnamə verildi.
Sosial