Infoteka.az
İqtisadiyyat

“Trendyol” Azərbaycan istifadəçiləri üçün məhsullarını birbaşa çatdıracaq

Türkiyənin məşhur elektron ticarət platforması - "Trendyol" məhsullarını alıcılara birbaşa, karqo şirkətlərinin vasitəçiliyi olmadan çatdıracaq.

Bu gündən etibarən Türkiyənin məşhur alış-veriş saytı olan “Trendyol”a daxil olarkən Azərbaycan istifadəçilərinə yeni seçim imkanı təklif edilir.

Təklifdə “Trendyol” sifarişlərini artıq Azərbaycan ünvanında təhvil ala bilərsiniz” seçimi yer alıb.

Yeniliklə vətəndaşlar Azərbaycan nömrəsi ilə qeydiyyatdan keçərək, sifarişi “Trendyol” saytından izləyə bilərlər. Eyni zamanda, sifarişçi öz ev ünvanını qeyd edərək, malın evinə təslim edilməsini seçə bilər.

Qeyd edək ki, indiyədək “Trendyol”un Azərbaycana birbaşa çatdırılması yox idi.

Belə ki, indiyədək vətəndaşlar sifariş üçün Azərbaycan karqo şirkətlərinin Türkiyə anbarının ünvanını yazırdılar, mal həmin anbara daxil olduqdan sonra Azərbaycana göndərilirdi.

Bununla belə, vətəndaşlar əvvəlki qaydada sifarişlərini Azərbaycanla yanaşı, digər ölkələrdən də təslim almağa imkan verən bölməni seçə bilərlər. 

“Trendyol” Azərbaycan istifadəçiləri üçün məhsullarını birbaşa çatdıracaq
Infoteka.az