Infoteka.az
Dünya

Fəxrəddin Altun: Terrorun hər növünə qarşı mübarizə aparılmalıdır

Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fəxrəddin Altun İstanbul Təhlükəsizlik Forumunda çıxışı zamanı bildirib ki : 

"Rusiya ilə Ukrayna arasındakı müharibə bir

daha bizə regional və qlobal təhlükəsizliyin təmin edilməsinin nə qədər vacib olduğunu göstərdi. Rusiya-Ukrayna savaşı başladığı gündən bizi qlobal təhlükəsizliklə bağlı yenidən düşünməyə məcbur etdi".

O həmçinin əlavə etdi ki," terrorun hər növünə qarşı mübarizə aparılmalıdır: "

F.Altun onuda bildirib ki, həmçinin qlobal istiləşmənin qarşısını almaq üçün müvafiq tədbirlər görülür, onun sözlərinə görə, “Bu gün pandemiya da dünya ölkələrinə ciddi təsir edir. Məsələn, koronavirus pandemiyası beynəlxalq risk mənbəyidir. Bütün dünya koronavirusun təsirləri ilə üz-üzə qaldı. Amma biz bu sınaqdan da üzüağ çıxdıq”- deyərək fikirini tamamlayıb.

 

 

Muminat Şirinova

Infoteka.az