Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu sözləri Antaliyada xalqa müraciət edərək bildirib.
“Türkiyəni inkişaf etdirib bu səviyyəyə çatdırmasaydıq, kimsə bizə hücum etməz, təxribat törətməzdi. Amma o halda da millətimizin qarşısına alnıaçıq, üzüağ çıxa bilməzdik”
O həmçinin nitqinə əlavə edərək bildirib ki, Türkiyə təslim olduğuna görə yox, mübarizə apardığına görə hədəf alınır: “Müxalifət isə bunun tam əksini edir. Onlar inşa etdiklərimizi dağıdacaqlarını vəd edirlər. Müxalifətin xalqa yeni vəd kimi təqdim etdiyi bir çoxu isə artıq reallaşıb. Bu onu göstərir ki, onlar ölkədən xəbərsizdirlər”.
R.T.Ərdoğanın fikrincə, mövcud hakimiyyət 21 il ərzində ancaq xalqa xidmət göstərib: “İndi 81 vilayətimizin hər birində universitet var. Daha təhsil almaq üçün İstanbula, Ankaraya gəlməyə ehtiyac yoxdur. İndi müəllimlər mərkəzlərdən başqa vilayətlərə gedirlər”- dəyərək fikrini tamamlayıb.
Muminat Şirinova