Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar NATO-nun Belçikanın paytaxtı Brüssel şəhərindəki mənzil-qərargahında memorial-foto stendinin sərgi açılışı olub.
Bununla bağlı Azərbaycanın Alyansdakı nümayəndəsi Cəfər Hüseynzadə öz tvitter hesabında paylaşım edib.
Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev memorial-foto stendin açılış mərasimində iştirak edib.
Stenddə H.Əliyevin NATO-Azərbaycan münasibətlərinin inkişafına əvəzsiz töhfələrini əks etdirən fotolar və məlumatlar sərgilənir.
Muminat Şirinova