President.az-ın məlumatına əsasən, Prezident İlham Əliyev Sabirabad şəhərində avtomobil yollarının təmiri ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.
Sərəncama əsasən, Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Sabirabad şəhərində avtomobil yollarının əsaslı təmiri işlərinin həyata keçirilməsi üçün Avtomobil Yolları Dövlət Agentliyinə 2,9 milyon manat ayrılıb.
Muminat Şirinova