Infoteka.az
Sosial

Qarabağda yeni güzəştlər tətbiq olunacaq

Vüqar Bayramovun sosial şəbəkədə paylaşdığı məlumata əsasən,Azərbaycanın işğaldan azad edilən ərazilərində işləyən mütəxəssislərə güzəştlər və imtiyazlar tətbiq olunacaq.

İlham Əliyevin imzaladığı fərmana əsasən, işğaldan azad edilmiş ərazilərdə istehsal fəaliyyəti ilə məşğul olan sahibkarlara kommunal xidmətlər (elektrik enerjisi, təbii qaz, su təchizatı və tullantı sularının axıdılması xidməti) üzrə ödədiyi vəsaitin 20 faizi məbləğində maliyyə yardımı ödəniləcək. Ödənişlər aylıq olaraq hesablanacaq və sahibkarın hesabına köçürüləcək. Güzəştlər bu ildən başlayaraq növbəti 10 ildə tətbiq olunacaq”.

Vüqar Bayramov onuda qeyd edib ki,“Yeni güzəştlərə əsasən, əgər sahibkar ay ərzində 1000 manatlıq kommunal ödəniş edərsə, onun 200 manatı büdcə vəsaiti hesabına geri qaytarılacaq”, 

 

 

Muminat Şirinova

Infoteka.az