DOST Agentliyinin mətbuat katibi Şahin Əliyev APA-nın sorğusuna cavab olaraq bildirib ki,
Bərdə və Şuşa şəhərlərində növbəti DOST mərkəzləri vətəndaşlara xidmətə başlayacağı gözlənilir:
"Bu, Qarabağ iqtisadi rayonunda ilk DOST mərkəzi olacaq. Qarabağda daha bir DOST mərkəzi Şuşa şəhərində fəaliyyət göstərəcək. Mərkəzin yerləşəcəyi binada hazırda təmir işləri aparılır. Eyni zamanda Qubada və Naxçıvanda DOST mərkəzləri üçün binaların tikintisi davam edir" - deyərək qeyd edib.
Muminat Şirinova