Fatih Dönməz qeyd edib ki, iki ölkə birlikdə böyük layihələr həyata keçirir.
“Qardaş ölkə Azərbaycanla əlaqələrimiz çox yüksək səviyyədədir”.
“Haber Global”a müsahibəsində Türkiyənin enerji və təbii sərvətlər naziri Fatih Dönmez qeyd edib.
Fatih Dönməz həmçinin vurğulayıb ki: “Azərbaycanla əlaqələrimiz son dərəcə yüksək səviyyədədir. Turk Petrolleri” dost ölkədə fəaliyyət göstərir. Azərbaycanda investisiyalarımız var. SOCAR-ın Türkiyədə investisiyaları var. Bizim nöqteyi-nəzərimizdən Azərbaycana investisiyalarımız da ən yüksək səviyyədədir. Biz TANAP kimi bir layihə həyata keçirmişik. Təbii qaz kəmərlərimiz işləyir. Tezliklə Naxçıvan kəmərini də istismara verəcəyik. Avropadakı imkanları birlikdə qiymətləndirmək barədə də konsensusumuz var. Enerji bu əlaqələrin mühərrikidir”.
Muminat Şirinova