Infoteka.az
İqtisadiyyat

Mərkəzi Bank uçot dərəcəsini artırıb

Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti (İH) uçot dərəcəsinin 0,25 faiz bəndi artırılaraq 8,75%-dən 9%-ə çatdırılması barədə qərar qəbul edib.

Azərbaycan Mərkəzi Bankının məlumatına əsasən, faiz dəhlizinin aşağı həddi 0,5 faiz bəndi artırılaraq 7%-dən 7,5%-ə, yuxarı həddi isə 0,25 faiz bəndi artırılaraq 9,75%-dən 10%-ə çatdırılıb.

İyunun 21-də AMB-nin İH-nin faiz dəhlizinin parametrləri barədə növbəti qərarı ictimaiyyətə bildiriləcək.

Yeni uçot dərəcəsi mayın 4-dən qüvvəyə minir.




Muminat Şirinova

Infoteka.az