Infoteka.az
İqtisadiyyat

Daha bir şirkət rezident statusu alıb

İqtisadiyyat naziri Mikayıl Cabbarovun öz "Facebook"hesabında etdiyi paylaşıma əsasən, "Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkında “İmprotex Qarabağ Sənaye Kompleksi” MMC-yə rezident statusu verilib”. 

Mikayıl Cabbarovun sözlərinə görə: “şirkət investisiya həcmi 7,3 milyon manatdan çox olan minatəmizləyən, xüsusi təyinatlı texnika və metal məmulatların istehsalı müəssisəsi yaradacaq, 124 nəfəri işlə təmin edəcək. Bu müəssisənin yaradılması işğaldan azad edilmiş ərazilərin minalardan təmizlənməsi prosesinə əhəmiyyətli töhfə verəcək və bununla da Böyük Qayıdışı sürətləndirəcək”.

 

 

Muminat Şirinova

Infoteka.az