Vyana Beynəlxalq Hava Limanında mayın 2-də Bakı-Vyana-Bakı marşrutunun ilk uçuşu həyata keçirilib.
Təyyarənin təntənəli şəkildə qarşılama mərasimi keçirilib.Mərasim Azərbaycanın Avstriyadakı səfirliyi və “Azərbaycan Hava Yolları” QSC-nin dəstəyi və Vyana Beynəlxalq Hava Limanının təşkilatçılığı ilə keçirilib .Daha sonra təyyarə önündə rəmzi lent kəsilib.
Mərasimdə yüksəkvəzifəli rəsmi qonaqlar iştirak ediblər.
Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini Xələf Xələfov, Azərbaycanın Avstriyadakı səfiri Rövşən Sadıqbəyli, “Azərbaycan Hava Yolları” QSC-nin icraçı direktorunun müavini Cəmil Manizadə və Vyana Beynəlxalq Hava Limanının baş icraçı direktoru Yulian Yaqer çıxışlar ediblər.
Çıxışlar əsnasında: "Bakı və Vyana şəhərləri arasında birbaşa aviareysin açılması Azərbaycan-Avstriya münasibətlərində mühüm mərhələ olmaqla yanaşı, ölkələr arasında turizm axınını gücləndirəcək, siyasi dialoqun inkişafı, iqtisadi, mədəni və digər sahələrdə əlaqələrin genişləndirilməsinə töhfə verəcək. Son 30 il ərzində Azərbaycan ilə Avstriya arasında əlaqələr qarşılıqlı anlaşma və dostluq əsasında davamlı şəkildə inkişaf edir. Avropa ilə Asiyanın kəsişmə nöqtəsində strateji mövqeyə malik Azərbaycanın Avropanın mərkəzində yerləşən Avstriya ilə hava körpüsü rolunu oynayan bu bağlantı, eyni zamanda, nəqliyyat və bağlılıq sahəsində əməkdaşlığın daha da dərinləşməsinə şərait yaradacaq. Çıxışda qeyd edilib ki, yay mövsümü başlamadan uçuşlara start verilməsi hər iki ölkənin turizm potensialından səmərəli şəkildə istifadəsinə imkan verecək" - deyə bildiriblər.
Muminat Şirinova