Infoteka.az
Dünya

Türkiyənin Ermənistan təyyarələrinin hava məkanını buraxmamasının səbəbi məlum olub

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu NTV-yə müsahibəsində deyib ki, “Türkiyə Ermənistanla münasibətlərin normallaşmasında səmimidir. Amma Ermənistanda “Nemezis” abidəsinin qoyulması qəbuledilməzdir”.

Mövlud Çavuşoğlu onuda qeyd edib ki, “mən bunu qəbul edə bilmərəm. Ermənistanın bu barədə açıqlamaları isə səmimi deyil. Biz adekvat cavab olaraq hava sahəsini bağladıq. Lazım olsa, başqa addımlar da ata bilərik, Türkiyəni aldatmağa çalışmasınlar”.

 

 

Muminat Şirinova

Infoteka.az