Türkiyənin milli müdafiə naziri Hulusi Akarın verdiyi aciqlamaya görə, Mayın 5 -də Türkiyə, Ukrayna və Rusiya müdafiə nazirlərinin müavinlərinin İstanbulda görüşməsi nəzərdə tutulur.
Prezident Rəcəb Tayyib Ərdoğanın təşəbbüslərindən sonra uzadılan “Taxıl dəhlizi” sazişinin vəziyyəti ilə bağlı danışan Hulusi Akar vurğulayıb:
“Ümid edirik ki, taxıl sazişi problemsiz davam edəcək. Görüşdə başda taxıl məsələsi olmaqla bəzi mövzular da müzakirə olunacaq. Saziş həm regional sülh və sabitlik, həm də ehtiyacı olan ölkələr üçün çox vacibdir. Bu kontekstdə deyə bilərik ki, tərəflər müddəti uzatmağa hazırdırlar”.
Muminat Şirinova