Ötən gecə Rusiya prezidentinin Kremldəki iqamətgahına pilotsuz uçuş aparatları ilə zərbə endirilməsinə cəhd olunub.
Bu barədə Kremlin Mətbuat Xidməti məlumat yayıb.
Hadisə dövlət başçısı Vladimir Putinə Kiyev tərəfindən sui-qəsd cəhdi kimi qiymətləndirilib.
Elektron müdafiə sistemlərindən istifadə etməklə vaxtında görülən tədbirlər nəticəsində pilotsuz uçuş aparatları sıradan çıxarılıb.
Kremlin Mətbuat Xidmətindən əlavə edilib ki, Moskva Kiyevin Kremlə zərbə endirmək cəhdinə “harada və nə vaxt” cavab vermək hüququnu özündə saxlayır.