Ötən gecə Kiyevə ilin əvvəlindən bəri ən intensiv zərbələr endirilib.
Bu barədə Kiyev hərbi administrasiyasının rəhbəri Sergey Popko deyib.
O, ayrı-ayrı raket qalıqlarının şəhərin müxtəlif yerlərinə düşdüyünü bildirib.
Xatırladaq ki, ötən gecə Kiyev şəhərində və eyniadlı vilayətdə hava həyəcanı 3,5 saat davam edib.