Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 77 yeni yoluxma faktı qeydə alınıb, 89 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən vəfat edən yoxdur.
Azərbaycanda indiyədək ümumilikdə 822 104 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 811 597 nəfər müalicə olunaraq sağalıb, 9 927 nəfər vəfat edib, aktiv xəstə sayı 580 nəfərdir.
Ölkədə son sutka ərzində 2 166, hazırkı dövrədək isə 7 271 311 test aparılıb.