Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş " Böyük Avrasiyanın geosiyasətinin formalaşması: keçmişdən bu günə və gələcəyə” mövzusunda dördüncü beynəlxalq konfrans keçirilib.
Prezident İlham Əliyev konfransda çıxışı zamanı qeyd edib ki,
"Şuşanı azad görmək Heydər Əliyevin ən böyük arzusu idi və biz onun arzusunu reallaşdırdıq. Biz bununla fəxr edirik. Biz xoşbəxtik, bütün azərbaycanlılar - təkcə Azərbaycan vətəndaşları deyil, bütün dünya azərbaycanlıları qələbəmizlə fəxr edirlər".
Cənab İlham Əliyev həmçinin bildirdi ki "Bu ədalətin, tarixi ədalətin, beynəlxalq hüququn təntənəsidir".
Muminat Şirinova