Afinadakı Panteon Universitetinin Beynəlxalq Əlaqələr və Strateji Araşdırmalar Proqramının direktoru, professor Kostas A.Lavdasın məlumatına əsasən , Azərbaycan Yunanıstana təbii qaz tədarükünün şaxələndirilməsində və ümumilikdə Avropa ölkələrinin enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayır.
Azərbaycan təbii qazı ilk dəfə olaraq 2023-cü ilin birinci yarısında Yunanıstan bazarında Rusiya “mavi yanacağı”nın payını ötüb.
K. Lavdas bildirib ki, bu gün Xəzər regionundan Avropaya nəqli üçün nəzərdə tutulan Trans-Adriatik Qaz Boru Kəməri (TAP) Avropa İttifaqının (Aİ) enerji sahəsinin şaxələndirilməsində əsas rol oynayır.O həmçinin “Əlbəttə ki, Almaniya, İtaliya və Macarıstan kimi digər Aİ ölkələri ilə müqayisədə Yunanıstan enerji baxımından Rusiyadan həddən artıq asılı deyil. Lakin o, bu istiqamətdə şaxələndirməni davam etdirməlidir. Bu mənada Azərbaycan mühüm ölkədir” deyərək qeyd edib.
Muminat Şirinova