Infoteka.az
İqtisadiyyat

Türkiyədə yeni neft yatağı aşkar edilib

Türk Petrolleri (TPAO) şirkətinin rəhbəri Melih Xan Bilgin bildirib ki, 

Türkiyənin cənub-şərqində kəşf edilən yeni neft yatağının potensialı 1 milyard barel dəyərləndirilib.

Məlih Xan həmçinin vurğulayıb ki, “Biz Qabar rayonundakı yatağın potensialını 1 milyard barel qiymətləndiririk, ehtiyatların dəyəri isə 70 milyard dollar civarındadır”, hətta gələcəkdə neft ixracının planlaşdırılmasıda nəzərdə tutulur .

CNN Türk - ün verdiyi məlumatda deyilir ki,

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Şirnak vilayətinin Qabar dağ silsiləsi bölgəsində 2.6 km dərinliyində neft yatağının aşkar edildiyini açıqlayıb. Neft yatağın hasilat gücü sutkada 100 min bareldir. Ərdoğanın sözlərinə görə, neft çox keyfiyyətlidir və artıq “qara qızıl” yataqdan neft emalı zavoduna vurulur.


 

Muminat Şirinova

Infoteka.az