Infoteka.az
Dünya

26 Azərbaycan vətəndaşı Sudandan təxliyə edilib

"Anadolu"nun yaydığı xəbərə əsasən, Türkiyə dövlətinin yardımı ilə 26 Azərbaycan vətəndaşı Sudandan təxliyə edilib.

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun sözlərinə görə: "Türkiyə indiyədək Sudandan 2061 nəfəri təxliyə edib. Onlardan 1763-ü Türkiyə, 298-i 22 müxtəlif ölkə, o cümlədən 26-sı Azərbaycan vətəndaşıdır.''

Onu da qeyd etmək lazımdır ki, aprelin 15-də Çevik Reaksiya Qüvvələri (RRF) ilə Sudanın ordu bölmələri arasında toqquşmalar baş verib. Nəticədə çox saylı yaralı və 500-ə yaxın insan həlak olub.


 

Muminat Şirinova

 

Infoteka.az