Infoteka.az
Hərbi

Azərbaycan və Türkiyə hərbi hüquqşünaslarının görüş mərasimi keçirilib.

Müdafiə Nazirliyinin verdiyi məlumata əsasən, Ali Baş Komandanı İlham Əliyevin tapşırığını ilə, Azərbaycan Ordusunun modernləşdirilməsi və Türkiyə Ordusunun kiçik modelinin qurulması istiqamətində görülən işlər davam etdirilir,
Bununla bağlı olaraq, Müdafiə Nazirliyinin Hüquq İdarəsinin rəisi ədliyyə polkovniki Elçin Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyə Respublikasına işgüzar səfərə gedib.
 Elçin Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyə Respublikası Milli Müdafiə Nazirliyinin Hüquq Xidmətinin rəisi general-mayor Esat Mahmut Yılmazla Ankara şəhərində görüş keçirilib.
Görüş əsnasında Türkiyə Respublikasının Hərbi Qanunvericiliyinin öyrənilməsi, digər məsələlərə toxunulub.
Görüşün sonunda qarşılıqlı hədiyyələr təqdim olunub və birgə xatirə şəkil çəkdirilib.
Səfər çərçivəsində, həmçinin azərbaycanlı nümayəndə heyəti Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunan tədbirdə də iştirak edib.

 

Muminat Şirinova

 

Infoteka.az