Azərbaycan Xarici İşlər Nazirliyindən yayılan məlumata görə, Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Ermənistan Respublikasının xarici işlər naziri Ararat Mirzoyan arasında ABŞ-nin Virciniya ştatının Arlinqton şəhərində keçirilən ikitərəfli danışıqların növbəti mərhələsi başa çatıb.
Qeyd olunur ki, ABŞ-nin dövlət katibi Entoni Blinken Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Ermənistan Respublikasının xarici işlər naziri Ararat Mirzoyan ilə görüşüb və yekun iclasa ev sahibliyi edib.
Muminat Şirinova