Mayın 5 -də TASS-ın baş direktorunun birinci müavini Mixail Qusman Bakıda keçirilən “Ümummilli Lider Heydər Əliyevin xarici siyasət prioritetləri” adlı konfransda qeyd edib: Ulu Öndər Heydər Əliyev uğurlar qazanan Azərbaycanın memarıdır və hazırda onun siyasətini Prezident İlham Əliyev uğurla davam etdirir.
"Həmçinin M Qusman bildirib ki, Heydər Əliyev tarixi miqyaslı şəxsiyyətdir: “Hazırda onun haqqında film üzərində işləyirik. Heydər Əliyev unikal insandır: o, iki dəfə siyasətdən gedib, geri dönüb və iki dəfə də son dərəcə uğurla qayıdıb. Tarixdə yəqin ki, belə bir hadisə yoxdur”.
Qusmanın sözlərinə görə, Heydər Əliyev dühası özünü “Əsrin müqaviləsi”nin imzalanması ilə də göstərib. O, bununla bütün ölkələrin maraqlarını birləşdirib. Əlbəttə ki, bu, onun qələbəsi idi. Bu sənəd mahiyyət etibarı ilə “Əsrin müqaviləsi”nə yox, “Əsrlərin müqaviləsi”nə çevrilib”.
Muminat Şirinova