Infoteka.az
Dünya

İclasda Ukrayna və Rusiya nümayəndə heyətlərinin üzvləri arasında atışma baş verib.

Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının (QDİƏT) Ankarada keçirilən iclasında Ukrayna və Rusiya nümayəndə heyətlərinin üzvləri arasında atışma baş verib.
Mustafa Şəntop Türkiyə Böyük Millət Məclisinin sədri məsələyə müdaxilə edib , nümayəndələri sakitliyə riayət etməyə çağırıb.
Ukraynanın nümayəndə heyəti, Rusiya nümayəndə heyətinin rəhbəri vəzifəsini icra edən, Rusiya Dövlət Dumasının Vətəndaş Cəmiyyətinin İnkişafı Komitəsinin sədri Olqa Timofeyevanın çıxışı zamanı arxadan bayraq qaldıraraq Rusiya əleyhinə şüarlar səsləndirib.
Rusiya nümayəndə heyətinin üzvləri Ukrayna tərəfinin hərəkətlərinin qarşısını almağa çalışan zaman atışma baş verib.


Muminat Şirinova

Infoteka.az