Bunula bağlı məlumatı Seysmoloji Xidmət Mərkəzinin İnformasiya şöbəsinin müdiri Vüsalə Rafiq qızı verib.
Vüsalə Rafiq qızı bildirib ki,Şuşadakı seysmik stansiya, AFAD tərəfindən hədiyyə edilib və bu stansiya quyudur.
Stansiya artıq ölkəmizdədir. Hazırda quyunun qazılması və stansiyanın quraşdırılması üzrə texniki işlərin aparılması mərhələsindəyik. Digər rayonlarımıza gəlincə, ümumilikdə işğaldan azad edilmiş ərazilərdə 10 seysmik stansiya quraşdıracağıq. növbəti hansı rayon olacağı müvafiq dövlət qurumları ilə razılaşdırılacaq. Çünki bu ərazilərdə mina təhlükəsi var. Seysmik stansiyaların quraşdırılması bu ərazilərdə məskunlaşdıqca həyata keçiriləcək" - deyə qeyd edib.
Muminat Şirinova
Sosial