Infoteka.az
Mədəniyyət

Bakı Musiqi Akademiyasının Opera studiyasında Lütfiyar İmanovun film-konsertinin premyerası keçirilib

"infoteka.az" xəbər verir ki, mayın 6-da Bakı Musiqi Akademiyasının Opera studiyasında görkəmli opera ifaçısı, SSRİ Xalq artisti Lütfiyar İmanovun anadan olmasının 95 illiyinə həsr olunmuş “Lütfiyar” adlı film-konsertini ilk nümayişi keçirilib.

Filmin nümayişindən əvvəl sənətçinin oğlu Rauf İmanov çıxış edərək qonaqları salamlayıb və film barədə təəssüratlarını bölüşüb. Sonra filmin nümayişi başlayıb.

Tədbirdə sənətçinin ailə üzvləri, yaxınları, həmçinin Rəşid Behbudov Fondunun direktoru Kamil Şahverdi və Lütfiyar İmanov sənətinə dəyər verən insanlar iştirak edib.

Film-konsert müasir Azərbaycan mədəniyyətinin görkəmli nümayəndəsi olan Lütfiyar İmanovun yaradıcılığı, milli musiqimizin inkişafında müstəsna xidmətləri, opera ifaçılığında Azərbaycan və dünya klassiklərinin şah əsərlərindən ifa etdiyi partiyalar, yaratdığı dolğun obrazlardan bəhs edib.

Eləcə də Lütfiyar İmanovun repertuarından əsərlər səsləndirilib, görkəmli müğənni haqqında videoçarxlar nümayiş olunub.

Qeyd edək ki, ekran əsərinin ssenari müəllifi və rejissoru Eldara Əliyevadır.