Infoteka.az
Siyasət

Azərbaycan və Ermənistan arasında Vaşinqtonda 4 günlük danışıqlar başa çatıb

Azərbaycan və Ermənistan arasında Vaşinqtonda 4 günlük danışıqlar başa çatdı. Bəzi məqamlarla bağlı razılığın əldə edildiyi açıqlansa da, tərəflər arasında əsas bəndlərlə bağlı fikir ayrılıqları hələ də qalır. Qarşıdan Moskva görüşü gəlir. 

ABŞ Dövlət katibi Antoni Blinkenin təşəbbüsü ilə Azərbaycan və Ermənistan XİN başçılarının Vaşinqtonda 4 gün davam edən görüşü keçirildi. Azərbaycan XİN-in yaydığı məlumata görə, Ceyhun Bayramov, Ararat Mirzoyan və onları müşayiət edən nümayəndə heyətinin üzvləri aparılan danışıqlar nəticəsində Sülh və Dövlətlərarası Münasibətlərin Qurulması haqqında ikitərəfli Saziş layihəsinin bəzi maddələri üzrə qarşılıqlı razılıq əldə ediblər. Eyni zamanda, bəzi əsas məsələlər üzrə mövqelərin fərqli olaraq qaldığını qəbul ediblər.

Infoteka.az